Bank Of Baku

Azərbaycan Milli Məclisinin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Strasburqa gedəcək

Azərbaycan Milli Məclisinin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Strasburqa gedəcək
# 02 oktyabr 2007 13:32 (UTC +04:00)
Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin də daxil olduğu nümayəndə heyətinin Avropa Şurası Parlament Assambelyasında (AŞPA) görüşləri nəzərdə tutulur. O. Əsədov AŞPA prezidenti Rene van der Linden, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri Lord Rassel Conston, AQO qrupunun üzvləri və digər rəsmi şəxslərlə AŞPA-Azərbaycan münasibətləri, ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya, mətbuat və söz azadlığının durumu, qarşıdan gələn prezident seçkiləri və s. məsələləri müzakirə edəcək. O. Əsədov Azərbaycanın AŞ-dəki nümayəndəliyində də olacaq, nümayəndəliyin iş prinsipi ilə yaxından tanış olacaq. Səfər oktyabrın 5-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR