Bank Of Baku

Qənirə Paşayeva Ermənistanın atəşkəs rejimini pozması ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə yazılı sual ünvanlayıb

Qənirə Paşayeva Ermənistanın atəşkəs rejimini pozması ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə yazılı sual ünvanlayıb
# 02 oktyabr 2007 14:01 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, millət vəkili yazılı sualında Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal etməsinin nəticələri, işğal zonasında ermənilərin apardığı etnik təmizləmə siyasəti, erməni hərbi birləşmələrinin minlərlə mülki şəxsi qətlə yetirməsi, işğal nəticəsində bir milyona yaxın insanın ev-eşiyindən didərgin düşməsi kimi faktlar öz əksini tapıb. Qənirə Paşayeva bildirib ki, 2006-cı illə müqayisədə bu il cəbhə xəttində atəşkəs rejiminin ermənilər tərəfindən pozulması halı 78 faiz artıb və bundan daha çox Azərbaycanın həmsərhəd kəndlərində yaşayan sakinləri əziyyət çəkir. Millət vəkili müraciətdə Avropa Şurası Nazirlər Kabinetinə üç sual ünvanlayıb: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini və məcburi köçkünlərin yurdlarına qayıtmasını təmin etməsini nəzərdə tutan 1416 saylı qətnamənin tələblərini yerinə yetirməsi üçün Avropa Şurası Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində nə edə bilər? Nazirlər Komitəsi Avropa Şurasının əsas prinsiplərinin kobud surətdə pozan Ermənistana qarşı təzyiq mexanizmlərindən niyə istifadə etmir? Nazirlər Komitəsi atəşkəs rejimini mütəmadi pozan Ermənistanın əməllərinə hansı siyasi və hüquqi qiymət verə bilər?”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR