Bank Of Baku

MDB Xarici İşlər Nazirləri Şurasının yığıncağında Azərbaycanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib

MDB Xarici İşlər Nazirləri Şurasının yığıncağında Azərbaycanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib
# 02 oktyabr 2007 14:07 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, böyük ehtimalla toplantıda Azərbaycan xarici işlər nazirinin müavinlərindən biri iştirak edəcək: “Məlum olduğu kimi, bu günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 62-ci sessiyası keçirilir. Sessiyada xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiya çərçivəsində Azərbaycan xarici siyasət idarəsinin rəhbəri başqa ölkələrdən olan həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirib. O, Bakıya təyin olunmuş vaxtda gələ bilsə, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Əks təqdirdə, Düşənbəyə müavinlərdən biri yollanacaq”.
XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə bildirib ki, E. Məmmədyarovun ABŞ-a səfəri oktyabrın 3-də yekunlaşacaq. Nazir həmin gün Baş Assambleyada çıxış etdikdən sonra Bakıya qayıdacaq. Vaxt fərqi ilə əlaqədar E. Məmmədyarov ayın 4-də Bakıda olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR