Bank Of Baku

Məzahir Pənahov: “Ukraynada seçkilər demokratik şəraitdə keçirilib”

Məzahir Pənahov: “Ukraynada seçkilər demokratik şəraitdə keçirilib”
# 02 oktyabr 2007 14:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Ukraynada keçirilən parlament seçkilərini izləyən nümayəndə heyəti 4 seçki dairəsinin ərazisində 15-dən artıq seçki məntəqəsində olublar. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Təkcə paytaxt Kiyevdə yox, şəhər kənarında da MSK nümayəndələrinin seçki prosesini izlədiklərini deyən M. Pənahov ümumilikdə seçkiləri Azərbaycandan kifayət qədər nümayəndənin fəal izlədiyini qeyd edib: “Azərbaycanın səfirliyi də çox fəal idi, onlar hər yarım saatdan bir bizi yeni məlumatlarla tanış edirdi. 450 yer uğrunda 20 partiya və blok mübarizə aparırdı ki, biz seçki məntəqələrində hər bir tərəfin nümayəndəsi ilə danışırdıq. Heç kəs qanun pozuntusu ilə bağlı bir söz demədi. Yeganə məsələ seçici siyahıları ilə bağlı oldu ki, tək-tək insanların adları seçici siyahılarında yox idi. Hamının gəldiyi qənaət bundan ibarətdir ki, Ukraynada seçkilər demokratik şəraitdə keçirilib. Kənardan baxanda Ukraynadakı vəziyyət qarışıq görünür. Bu da başqa mənbələrdən şişirdilmiş məlumatların yayılması ilə bağlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR