Bank Of Baku

Məzahir Pənahov: “İlin sonuna kimi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələri yekunlaşdırmağa çalışırıq”

Məzahir Pənahov: “İlin sonuna kimi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələri yekunlaşdırmağa çalışırıq”
# 02 oktyabr 2007 14:34 (UTC +04:00)
“Biz çalışırıq ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələri bu ilin sonuna kimi yekunlaşdıraq. Amma bu, bir mərhələdə tam başa çatdırılması mümkün olmayan məsələdir. Ona görə də müzakirələr davam etdirilir”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Avropa Şurasının Venesiya Komissiyasının katibi Canni Bukikkionun Seçki Məcəlləsinin bu ilin sonu, ən geci gələn ilin əvvəlinə kimi dəyişdirilməsinin vacibliyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Komissiya sədri danışıqların davar etdirildiyini və noyabrın əvvəlində məsələ ilə bağlı dəyirmi masanın keçiriləcəyini qeyd edib: “Bu müzakirələrə siyasi partiyaların nümayəndələri də qatılacaqlar. Partiyalar hamısı öz fikirlərini bildirəcək. Hansı yekun qərara gəlinsə, ona uyğun addımlar atılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR