Bank Of Baku

30 və 32 saylı Suraxanı seçki dairələrinin dairə seçki komissiyalarının yeni binalarının açılışı olub

30 və 32 saylı Suraxanı seçki dairələrinin dairə seçki komissiyalarının yeni binalarının açılışı olub
# 02 oktyabr 2007 14:48 (UTC +04:00)
Bu gün 30 saylı Suraxanı birinci və 32 saylı Suraxanı üçüncü seçki dairələrinin dairə seçki komissiyalarının yeni binalarının açılış mərasimləri keçirilib. APA-nın məlumatına görə, 32 saylı DSK-nın yeni binasının açılışında Mərkəzi Seçki Komissiyasının, rayon İcra Hakimiyyətinin rəhbərliyi, dairədən seçilmiş millət vəkili iştirak edib. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hər iki binanın 367 kvadratmetr ərazidə tikildiyini, 7 iş, 4 yardımçı otaq və bir iclas zalından ibarət olduğunu bildirib. Dairədən seçilmiş millət vəkili Ağacan Əbiyev DSK üçün normal şərait yaradılmasının seçkilərin yüksək səviyyədə keçirilməsində mühüm rol oynayacağını deyib. MSK sədri Məzahir Pənahov isə artıq 100-ə yaxın DSK üçün normal iş şəraitinin yaradıldığını söyləyib. Onun sözlərinə görə, DSK-lar üçün binaların tikilməsi öz miqyasına görə Avropa Şurasına üzv bütün dövlətlər üçün nümunə sayıla bilər. Çıxışlardan sonra qırmızı lent kəsilib, otaqlara baxış keçirilib.
Qeyd edək ki, 30 saylı DSK-nın 33013, 32 saylı DSK-nın isə 35191 seçicisi var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR