Bank Of Baku

Azərbaycan və Xorvatiya prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü keçirilir YENİLƏNİB

Azərbaycan və Xorvatiya prezidentlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü keçirilir  <font color=#FF0000>YENİLƏNİB</font>
# 02 oktyabr 2007 14:48 (UTC +04:00)
Görüşü açıq elan edən İlham Əliyev Stepan Meşiçin bu səfərinin Azərbaycanla Xorvatiya arasında əməkdaşlığı yüksək səviyyəyə qaldıracağına inandığını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir: “Sizin səfəriniz zamanı imzalanacaq sənədlər və sabah Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes-forumu iqtisadi münasibətlərin də inkişafına təkan verəcək. Bunun üçün hər iki tərəfin potensialı var”. Xorvatiya prezidenti Stepan Meşiç isə sənaye və neft-qaz sahələrinin işlənməsi sahəsində Azərbaycanla Xorvatiya arasında əməkdaşlığın mümkünlüyünü nəzərə çatdırıb.
Qeyd edək ki, hazırda nümayəndə heyətlərinin görüşü davam edir. Görüşdən sonra iki ölkə arasında əməkdaşlığa dair 3 sənəd imzalanacaq. Daha sonra iki ölkənin dövlət başçısının Yekun Bəyannamə imzalayacağı nəzərdə tutulub. İmzalanma mərasimindən sonra dövlət başçıları jurnalist üçün mətbuat konfransı keçirəcəklər.
Stepan Mesiçin Bakıya səfəri sabah başa çatacaq. Xorvatiya prezidentinin səfəri zamanı diqqət ayıracağı məsələlərdən biri bu ölkənin Bakıda konsulluğunun və Azərbaycanın Xorvatiyada səfirliyinin açılması məsələsi olacaq. Sabah isə Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Tədbirdə iştirak edəcək xorvat sahibkarlardan ibarət nümayəndə heyəti dünən Bakıya gəlib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR