Bank Of Baku

“Azadlıq” bloku ictimai müzakirələr təşkil edəcək

“Azadlıq” bloku ictimai müzakirələr təşkil edəcək
# 02 oktyabr 2007 15:17 (UTC +04:00)
“Azadlıq” bloku prezident seçkilərinə bir il qalmış Azərbaycandakı ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək niyyətindədir. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, artıq tədbirin keçirilməsi ilə bağlı hazırlıqlar başlayıb. Müzakirэlərin oktyabrın ortasında təşkil olunmasının nəzərdə tutulduğunu bildirən Ə. Əliyev siyasi partiyaların təmsilçiləri, politoloqlar, analitiklər və həmçinin diplomatik korpusun nümayəndələrinin ictimai müzakirəyə dəvət ediləcəyini qeyd edib. O, blok tərəfindən vəziyyətdən çıxış yolları ilə bağlı təkliflərin hazırlandığını bildirib: “Əgər toplantıda iştirak edən tərəflər razı olsalar bu təkliflər imzalandıqdan sonra müvafiq qurumlara təqdim ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR