Bank Of Baku

Kordovada ATƏT-in islamın diskriminasiyası ilə mübarizə mövzusunda konfransı keçiriləcək

Kordovada ATƏT-in islamın diskriminasiyası ilə mübarizə mövzusunda konfransı keçiriləcək
# 02 oktyabr 2007 16:41 (UTC +04:00)
Oktyabrın 9-10-da İspaniyanın Kordoba şəhərində ATƏT-in islamın diskriminasiyası ilə mübarizə mövzusunda konfransı keçiriləcək. Azərbaycanın ATƏT-də fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılovun APA-ya verdiyi məlumata görə, tədbirə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri və QHT təmsilçilərindən ibarət geniş nümayəndə heyəti qatılacaq. Səfir bildirib ki, Azərbaycan nümayəndə heyəti konfransın gündəliyinə daxil edilən məsələlərin müzakirəsində aktiv iştirak etmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR