Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyində Elmar Hüseynov Fonduna ayrılmış qrantın təqdimatı keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyində Elmar Hüseynov Fonduna ayrılmış qrantın təqdimatı keçirilib
# 02 oktyabr 2007 16:47 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində Elmar Hüseynov Fonduna ayrılmış qrantın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi Elmar Hüseynovu müstəqil jurnalistikanın simvollarından biri adlandırıb, onun qatillərinin hələ də tapılmamasını mətbuat azadlığına kölgə saldığını deyib. Azərbaycan hakimiyyətinin qatilləri tapmağa çağıran Ann Dersi “Yeni Müsavat” qəzetinin Naxçıvan bürosunun əməkdaşı Həkimeldostu Mehdiyevə qarşı təqiblərin olmasından narahatlıq keçirdiklərini deyib. Səfir jurnalistlərin həbsi məsələsinin də narahatlıq doğurduğunu qeyd edərək, Azərbaycan hökumətinin onları həbsdən azad etməsini istəyib. Elmar Hüseynov mükafatının təsis olunduğunu deyən səfir ayrılmış qrant hesabına hər ay fərqlənmiş jurnalistlərə bu mükafatın veriləcəyini bildirib. Mükafat daha çox araşdırmaçı jurnalistlər üçün nəzərdə tutulub. O, Elmar Hüseynov mükafatının ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkronun təşəbbüsü ilə təsis olunduğunu qeyd edib. Diplomat xanım Elmar Hüseynov saytının da fəaliyyətə başlayacağını bildirib. Tədbirdə çıxış edən Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də Elmar Hüseynovu azadlıq mücəssəməsi adlandırıb, onun Norveçdə yaşayan həyat yoldaşı və övladının salamlarını tədbir iştirakçılarına çatdırıb. Tədbirdə iştirak edən Elmar Hüseynov Fondunun təsisçilərindən olan Şahbaz Xuduoğlu ayrılmış qranta görə ABŞ səfirliyinə təşəkkürünü bildirib: “Bu, bir daha sübut edir ki, ABŞ Azərbaycan mətbuatının ən yaxın dostudur”. Ş. Xuduoğlu ayrılmış qrant əsasında 18 layihə həyata keçiriləcəyini, hər ay bir jurnalistin mükafatlandırılacağını bildirib. O, Elmar Hüseynov saytının sabahdan fəaliyyətə başlayacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR