Bank Of Baku

MDB xarici işlər nazirlərinin yığıncağında Azərbaycanı Xələf Xələfov təmsil edəcək

MDB xarici işlər nazirlərinin yığıncağında Azərbaycanı Xələf Xələfov təmsil edəcək
# 03 oktyabr 2007 08:14 (UTC +04:00)
XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, X. Xələfov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Azərbaycanı təmsil edəcək. Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov hazırda Nyu-Yorkdadır və bu gün onun BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxışı gözlənilir. Düşənbədə keçiriləcək iclasda XİN başçıları 24 məsələyə baxacaqlar. Nazirlər MDB-nin gələcək inkişaf konsepsiyası layihəsi, miqrasiya siyasəti, dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq, cinayətkarlıq və terrorçuluqla mübarizə, mədəni sərvətlərin oğurlanması ilə mübarizə və onların qaytarılmasının təminatı, miqrasiya təşkilatları rəhbərləri şurasının yaradılması, qeyri-leqal gəlirlərin leqallaşması (yuyulması) və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə, MDB dövlət başçıları və hökumət başçıları şuralarının iclaslarının gündəliklərinin layihələri və sair məsələləri müzakirə edəcəklər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR