Bank Of Baku

Azərbaycan Liberal Partiyasının qurultayı bu ilin sonuna kimi keçiriləcək

Azərbaycan Liberal Partiyasının qurultayı bu ilin sonuna kimi keçiriləcək
# 03 oktyabr 2007 09:09 (UTC +04:00)
Azərbaycan Liberal Partiyası (ALP) bu ilin sonuna kimi növbəti qurultayını keçirəcək. Partiyanın sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, artıq yerli təşkilatlarda konfransların keçirilməsinə başlanılıb. Qurultayın vaxtının hələlik müəyyənləşmədiyini bildirən sədr əvəzi bunun konfranslar başa çatdıqdan sonra dəqiqləşəcəyini qeyd edib. O bu yaxınlarda Siyasi Şuranın iclasının keçiriləcəyini, burada qurultayla bağlı bəzi məsələlərin müzakirə ediləcəyini bildirib. Ə. Temirxan qurultayda partiyaya sədr seçkilərinin keçiriləcəyini də deyib: “Sədrliyə namizədlərdən biri də mən olacağım”. Ə. Temirxan Lalə Şövkətin partiyadakı statusunun yenə də lider olaraq qalacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR