Bank Of Baku

Azərbaycanda səfərdə olan erməni deputat üçün xüsusi mühafizəçi ayrılıb

Azərbaycanda səfərdə olan erməni deputat üçün xüsusi mühafizəçi ayrılıb
# 03 oktyabr 2007 09:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) vitse-prezidenti Asəf Hacıyev deyib.
A.Hacıyevin sözlərinə görə, QİƏT PA-nın mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının Bakıda keçirilən 29-cu toplantısında təşkilata üzv olan 12 ölkənin 7-nin parlamentariləri iştirak edirlər. O cümlədən, Ermənistan parlamenti bir deputatla - Stepan Safaryanla təmsil olunur. Ermənistan parlamentinə tədbirdə iştirak etmək üçün dəvət QİƏT PA katibliyindən göndərilib.
S. Safaryan Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının üzvüdür və Ermənistan parlamentində “İrs” fraksiyasını təmsil edir.
S. Safaryan Milli Məclisin iclas zalına onun üçün ayrılmış xüsusi mühafizəçi ilə ilə gəlib. İclasın gedişində də mühafizəçi yanında olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR