Bank Of Baku

Bakıda QİƏT Parlament Assambleyası komissiyasının iclası keçirilir - YENİLƏNİB

Bakıda QİƏT Parlament Assambleyası komissiyasının iclası keçirilir - <font color=#FF0000>YENİLƏNİB</font>
# 03 oktyabr 2007 09:36 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı, QİƏT PA-nın vitse-prezidenti Asəf Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin keçirilməsində məqsəd regionda əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. A. Hacıyev qeyd edib ki, tədbirdə QİƏT-ə üzv olan 12 ölkədən 7-nin nümayəndələri iştirak edir. Ermənistan parlamentini tədbirdə Stepan Safaryan adlı deputat təmsil edir.
İclas Milli Məclisdə A. Hacıyevin sədrliyi ilə keçirilib. A. Hacıyev Azərbaycanda elm, mədəniyyət və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə Azərbaycanın tolerant ölkə olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda müxtəlif dinlərə ibadət edənlər, müxtəlif xalqların nümayəndələri yaşayır. Ölkəmizin ərazisində münaqişənin belə bu tolerantlığa heç bir təsiri yoxdur”.
Tədbirdə əsas məruzə ilə Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edib. J. Əliyeva Qara dəniz regionu ölkələrində sosial sahədə həyata keçirilən tədbirlər barədə danışıb. O, məruzə çərçivəsində həmçinin Azərbaycanda əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün keçirilən toplantıda J. Əliyevanın məruzəsinin noyabrın 18-də Tiflisdə keçiriləcək QİƏT Baş Assambleyasında müzakirəyə çıxarılması ilə bağlı qərarın qəbul olunması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR