Bank Of Baku

Xorvatiya prezidenti Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb

Xorvatiya prezidenti Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb
# 03 oktyabr 2007 09:40 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti Stepan Mesiç Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə çıxış edən prezident tələbələrə Xorvatiya tarixi barədə geniş məlumat verib. Azərbaycan və Xorvatiyanı eyni dövrdə müstəqillik qazanan gənc ölkələr kimi təqdim edən Stepan Mesiç ölkələrimiz arasında əlaqələrin sürətlə inkişafına əmin olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən Stepan Mesiş Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını vurğulayıb. Xorvatiya prezidenti çıxışında Avropaya inteqrasiya, qloballaşma, terrorizmə qarşı birgə mübarizə məsələlərinə toxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR