Bank Of Baku

AXCP Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindədir

AXCP Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindədir
# 03 oktyabr 2007 09:48 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 1 saylı İqtisad Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılması uzadılır. Bu barədə APA-ya partiya sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, ötən ilin dekabrında 1 saylı İqtisad Məhkəməsinin qərarı ilə partiya öz qərargahından çıxarılıb. Bunun qeyri-qanuni olduğunu bildirən partiya az sonra apellyasiya şikayəti versə də, müraciətə baxılmayıb: “Bu işlə bağlı prosesi kifayət qədər uzatmağa çalışırlar. Bizə elə gəlir ki, məhkəmə rəhbərliyi bu barədə qərar qəbul etməkdə çətinlik çəkir. Amma istənilən halda bizim xeyrimizə qərar qəbul olunacağına inanmırıq”. H. Kərimov Apellyasiya Məhkəməsi və Ali Məhkəmə instansiyalarını keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrində olduqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR