Bank Of Baku

Strasburqda “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” kampaniyası çərçivəsində AŞ PA deputatlarının görüşü keçiriləcək

Strasburqda “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” kampaniyası çərçivəsində AŞ PA deputatlarının görüşü keçiriləcək
# 03 oktyabr 2007 09:55 (UTC +04:00)
Oktyabrın 5-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının “Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” kampaniyası çərçivəsində parlamentarların görüşü keçiriləcək. Parlamentdən APA-ya daxil olan məlumata görə, tədbirdə Milli Məclisin deputatı, kampaniyanın Azərbaycan üzrə koordinatoru Gülər Əhmədova iştirak edəcək. Görüşdə bu sahə ilə əlaqədar parlamentlərdə qanunvericilik fəaliyyəti, qadınların zorakılıqdan qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclasda deputat Gülər Əhmədova “Məhkəmələrin səmərəliliyinin və məişət zorakılığına məruz qalmış qadınlar üçün mühafizə tədbirlərinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR