Bank Of Baku

Paytaxtda yolboyu asılan Azərbaycan bayraqlarının əksəriyyəti yararsız vəziyyətdədir

Paytaxtda yolboyu asılan Azərbaycan bayraqlarının əksəriyyəti yararsız vəziyyətdədir
# 03 oktyabr 2007 11:38 (UTC +04:00)
APA-nın əməkdaşlarının apardıqları müşahidələrə görə, bu hala xüsusilə mərkəzdən kənarda, metronun “Əzizbəyov” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində gedən yolda rast gəlinir. Yol kənarından asılmış xarici ölkələrin bayraqları ilə müqayisədə Azərbaycan bayraqlarının əksəriyyətinin kirdən, yağışdan, günəşdən rəngi qaralıb, bəzilərində aypara və ulduz təsviri pozulub, bəzi bayraqların müəyyən hissəsi isə cırılıb. Bundan əlavə, bayraqların ölçülərində də kəskin fərqlər var bəziləri böyük, bəziləri isə kiçikdir. Sadalananların həqiqət olduğunu Bakı şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin protokol şöbəsinin müdiri Mübariz Ağayev də təsdiqləyib. O, APA-ya açıqlamasında bunu yeni bayraqların olmaması ilə izah edib: “Yolun kənarından asmaq üçün başqa bayraq yoxdur. Mən bilirəm ki, bu düzgün deyil, ancaq nə etmək olar. Bütün bayraqların dəyişdirilməsi nəzərdə tutulur. Yeni bayraqların ölçüsü də, üzərindəki təsvirlər də dövlət standartına uyğun olacaq”. M. Ağayev bu məsələ ilə məşğul olmağın BŞİH-in Mənzil Kommunal-Təsərrüfatı İdarəsinin səlahiyyətində olduğunu bildirib: “Şəhərdə bayraqları vaxtlı-vaxtında dəyişdirmək bu idarənin işidir. Məndə olan məlumata görə, hazırda bütün bayraqların standartlara uyğun olaraq yenilənməsi planlaşdırılır. Biz də bilirik ki, bayraqlar standarta uyğun olmalı, həmçinin, müəyyən müddətdən sonra yenilənməlidir. Bu, sadəcə, maliyyə ilə bağlı olan məsələdir”.
BŞİH-nin Mənzil Kommunal-Təsərrüfatı İdarəsinin əməkdaşı Sabit Hüseynov isə bayraqların dəyişdirilməsi məsələsinin onlara aidiyyəti olmadığını qeyd edib: “Biz icraçıyıq. Hansı bayrağı verirlər, onu da asırıq”. S. Hüseynov xarici ölkə bayraqlarının BŞİH-nin Xarici Əlaqələr Departamenti tərəfindən onlara verildiyini bildirsə də, Azərbaycan bayraqlarını hansı qurumdan aldıqlarını deməyib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin standartlaşdırma şöbəsinin əməkdaşı Qalib Ağayev də APA-ya bildirib ki, qəbul olunmuş standartlara görə, bayrağın eni uzunluğunun yarısı qədər olmalıdır: “Şəhərdə asılan bayraqların standartlara uyğun olmadığını biz də müşahidə edirik. Aidiyyəti idarələr bu işdə məsuliyyətli olmalıdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR