Bank Of Baku

Qənirə Paşayevanın Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı yazılı sual çap olunaraq AŞPA üzvlərinə paylanıb

Qənirə Paşayevanın Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı yazılı sual çap olunaraq AŞPA üzvlərinə paylanıb
# 03 oktyabr 2007 11:43 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın qurumun Nazirlər Komitəsinə ünvanladığı “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində geniş miqyaslı yanğınlarla bağlı” 553 nömrəli yazılı sənəd çap edilərək AŞPA üzvlərinə paylanıb. APA-nın Avropa bürosunun məlumatına görə, millət vəkili yanğınların təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün Cənub-Şərqi Avropa bölgəsi üçün ekoloji fəlakət olduğunu vurğulayıb: “2007-ci ilin yayında baş verən yanğınlar bu riski daha da artırıb. Ermənistanın törətdiyi yanğınlar nəticəsində 40 hektar ərazi məhv edilib. Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsin dağıdılmasına, flora və faunanın məhvinə səbəb olan yanğınları dayandırmağa məcbur etmək üçün hansı konkret və qətiyyətli tədbirlər görə bilər? 2006-cı ilin əvvəlində də Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın mədəni və dini irsinin məhvinə yönəlmiş yanğınlar törədib və bu, bəşəriyyətə qarşı cinayətdir. Bir çox beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq ermənilər işğal altında olan ərazilərdə yanğınları davam etdirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR