Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı prezidentə müraciət edib

Qarabağ Azadlıq Təşkilatı prezidentə müraciət edib
# 03 oktyabr 2007 11:51 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və Ermənistan nümayəndələrinin Azərbaycana səfərləri ilə bağlı prezident İlham Əliyevə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə son 3 il ərzində “xalq diplomatiyası” adı altında Azərbaycandan Ermənistana və əksinə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyi diqqətə çatdırılıb: “Son bir ay ərzində erməni nümayəndə heyətlərinin Bakıya səfərləri daha da intensivləşib. Bu səfərlərə etiraz edən Qarabağ Azadlıq Təşkilatı üzvlərinin qarşısı polislər tərəfindən qəddarlıqla alınır, qərargahımız və evlərimiz polis nəzarəti altında saxlanılır, kütləvi həbslər həyata keçirilir. Bizim məqsədimiz hakimiyyət və polislə döyüşmək deyil, bu səfərlərlə, “xalq diplomatiyası” ilə öz məkrli niyyətlərini həyata keçirmək istəyən işğalçı Ermənistanın planlarının qarşısını almaqdan ibarətdir. Biz hələlik dinc vasitələrdən istifadə edir və bu aksiyaların tələblərinin yerinə yetirilməsini istəyirik. Lakin bu tələblər yerinə yetirilməsə, daha radikal addımlar atmaq məcburiyyətində qalacağıq”. Müraciətdə bu proseslə bağlı məsələlərə aydınlıq gətirilməsi xahiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR