Bank Of Baku

AMİP “altılıq”ın seçki blokuna çevrilməsini mümkün saymır

AMİP “altılıq”ın seçki blokuna çevrilməsini mümkün saymır
# 03 oktyabr 2007 12:23 (UTC +04:00)
“Müxalifətyönlü 6 siyasi qurumun birləşdiyi Məsləhət Şurasının seçkilər öncəsi seçki blokuna çevrilməsi nəzərdə tutulmur. Çünki bu formatda olan partiyaların hər biri seçkilərə öz namizədi ilə getmək niyyətindədir”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, iclaslarda bəzi partiyaların rəhbərləri şuranın seçki blokuna çevrilməsi və həmçinin, bu formatın fəaliyyətinin rəsmilşdirilməsi təklifi ilə çıxış edirlər. Amma o, təmsil etdiyi partiyanın və digər qurumların bunun əleyhinə olduğunu qeyd edib: “Bu altı siyasi qurum yalnız seçki saxtakarlığına qarşı birgə mübarizə apara bilər, seçki blokunun yaranması mümkün deyil”. Ə. Orucovun fikrincə, altılıq seçki blokuna çevrilərsə, bu zaman onun seçkilərə namizədini müəyyənləşdirmək lazım gələcək ki, bu da problem yaradacaq. AMİP-in bu məsələdə mövqeyinin qəti olduğunu deyən partiya katibi hesab edir ki, buradakı siyasi partiyaların sayını artırıb birgə mübarizə aparmaq mümkündür: “Hər hansı rəsmiləşməyə də ehtiyac yoxdur. İndiki kimi qeyri-rəsmi fəaliyyəti davam etdirməyi daha məqsədəuyğun sayırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR