Bank Of Baku

Abdulla Gül: “Cənubi Qafqazdakı münaqişələr Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla həll olunmalıdır”

Abdulla Gül: “Cənubi Qafqazdakı münaqişələr Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla həll olunmalıdır”
# 03 oktyabr 2007 12:36 (UTC +04:00)
O, Türkiyədə yeni Konstitusiyanın hazırlanması və ya mövcud Konstitusiyanın kardinal şəkildə dəyişdirilməsi üçün geniş, açıq diskussiyaların aparıldığını, bu diskussiyaların cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə davam etdiriləcəyini bildirib. Hər cür ayrı-seçkiliyə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayan prezident terrorun hər hansı din və ya mədəniyyətlə əlaqələndirilməsinin yanlış olduğunu söyləyib: “Əsas ayırıcı xətlər dinlər və mədəniyyətlər arasında yox, demokratik və avtoritar rejimlər arasındadır”. Kipr probleminə toxunan A. Gülün sözlərinə görə, adanın hər iki tərəfindən keçirilən referendumda yunanların Kofi Annanın hazırladığı həll planını rədd etməsi məsələnin çözümünün qarşısını alıb. O, adanın yenidən birləşməsi yönündə siyasi səyləri dəstəklədiklərini açıqlayıb. Türkiyə prezidenti Cənubi Qafqazdakı problemlərə də münasibətini bildirib. A. Gül deyib ki, həllini gözləyən münaqişələrin mövcud olduğu Cənubi Qafqaz bu baxımdan dünyanın kritik bölgələrindən biridir: ““Dondurulmuş münaqişələr” bölgədəki sülh və sabitliyə ciddi təhlükə törətməyə davam edir və regionda əməkdaşlıq təşəbbüslərini əngəlləyir. Bu problemlər gələcək nəsillərin rifah ümidlərini də zəiflədir. Bu səbəblə Cənubi Qafqazdakı problemlərin həlli bu bölgə üçün olduğu qədər, ətraf ölkələr üçün də ən prioritet məsələlərdən biridir. Münaqişələr Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla sülh yolu ilə həll olunmalıdır”. A. Gül Türkiyənin Kosovo və İraq problemlərinə dair mövqeyini də iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, Türkiyə prezidenti Strasburqa bu gün səhər gəlib. O, türk icmasının nümayəndələri və AŞPA prezidenti Rene van der Lindenlə görüş keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR