Bank Of Baku

24 və 25 saylı Nizami DSK-larının yeni binalarının açılış mərasimi keçirilib

24 və 25 saylı Nizami DSK-larının yeni binalarının açılış mərasimi keçirilib
# 03 oktyabr 2007 12:37 (UTC +04:00)
Bu gün 24 saylı Nizami birinci və 25 saylı Nizami ikinci seçki dairələrinin Dairə Seçki Komissiyalarının (DSK) yeni binalarının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, DSK-ların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının (DSK) və rayon icra hakimiyyətinin rəhbərliyi iştirak edib. MSK sədri Məzahir Pənahov 24 saylı DSK-nın açılış mərasimində DSK-lar üçün yeni binaların tikintisinin bütün respublikanı əhatə etdiyini qeyd edib. O, bütün DSK-ların da iş şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.
Qeyd edək ki, 24 saylı DSK-nın 26 seçki məntəqəsi, 35986 seçicisi var. 25 saylı DSK-nın isə 29 məntəqəsi, 38115 seçicisi var. Bu günə kimi 65 DSK-nın yeni binasının açılış mərasimi keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR