Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı etiraz aksiyalarına bir müddət fasilə verəcək

Qarabağ Azadlıq Təşkilatı etiraz aksiyalarına bir müddət fasilə verəcək
# 03 oktyabr 2007 13:07 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) etiraz aksiyalarına bir müddət fasilə verəcək. QAT sədri Akif Nağı bildirib ki, bu barədə qurumun İdarə Heyətində qərar qəbul olunub. O, qərarın səbəblərini də açıqlayıb: “Bu müddət ərzində QAT bəzi məsələlərə aydınlıq gətirilməsinə çalışacaq. Hesab edirik ki, hökumət Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və Ermənistan nümayəndələrinin Azərbaycana mütəmadi təşkil edilən səfərlərinə etiraz etməməklərinin səbəbləri barədə açıqlama verəcək. Əks halda, QAT daha radikal addımlar atacaq. Biz istəmirik ki, atacağımız addımlar Azərbaycanın imicinə zərbə vursun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR