Bank Of Baku

Akif Şahbazov: “Müxalifət sarsılmış vəziyyətdədir”

Akif Şahbazov: “Müxalifət sarsılmış vəziyyətdədir”
# 03 oktyabr 2007 13:13 (UTC +04:00)
“Azərbaycanda keçirilən hər seçkidən əvvəl bəzi partiyalar müxalifətin birgə qazandığı nəticəni baha qiymətə iqtidara satır, separat danışıqlara girərək seçki zamanı hakimiyyətlə şəriklik nümayiş etdirir. Bu da hər dəfə müxalifətə ciddi zərbə vurur”. Bu sözləri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Rəhbərlik etdiyi partiyanın “Azadlıq” blokuna qoşulması məsələsində ehtiyatlı mövqe tutmasını da bununla əlaqələndirən sədr bildirib ki, bloklar daxilində parçalanmaların baş verməsi xalqın müxalifətə inamını sarsıdır, necə ki, hal-hazırda müxalifət sarsılmış vəziyyətdədir. Onun sözlərinə görə, “Azadlıq” bloku ilə siyasi münasibətlər elə qurulmalıdır ki, siyasi baxışlar və taktikalar üst-üstə düşsün. A. Şahbazov blokun güclənməsində maraqlı olduqlarını vurğulayıb: “Amma indiki mərhələdə seçkilərə qatılmaq və vahid namizədlə bağlı danışıqlar aparmaq olmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR