Bank Of Baku

Vladimir Ruşaylo: “Düşənbə sammitində 19 məsələ müzakirə olunacaq, onlardan bəziləri strateji xarakter daşıyır”

Vladimir Ruşaylo: “Düşənbə sammitində 19 məsələ  müzakirə olunacaq, onlardan bəziləri strateji xarakter daşıyır”
# 03 oktyabr 2007 13:54 (UTC +04:00)
Oktyabrın 5-də Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində 19 məsələ müzakirə olunacaq və onlardan bəziləri strateji xarakter daşıyır. APA-nın Tacikistanın “Xovar” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu MDB-nin icra katibi Vladimir Ruşaylo Tacikistan prezidenti Emomali Rahmonla bu gün keçirdiyi görüşündə deyib. O bildirib ki, MDB mövcud olduğu dövrdə aktual problemlərin həllində böyük işlər görüb. Sammitlərin adətən tam tərkibdə keçdiyini deyən V. Ruşaylo qeyd edib ki, Ukrayna prezidenti Viktor Yuşşenko ölkəsində parlament seçkiləri yenicə yekunlaşdığından toplantıda iştirak edə bilməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR