Bank Of Baku

Açıq Cəmiyyət Partiyası Milli Forumun təşkilatçılığında iştirak etməyəcək

Açıq Cəmiyyət Partiyası Milli Forumun təşkilatçılığında iştirak etməyəcək
# 03 oktyabr 2007 14:23 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) Milli Forumun keçirilməsinin təşkilatçılığında iştirak etməyəcək. Partiyanın sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, onlar forum məsələsini ACP formatından çıxarılıb müxalifət formatına keçməsinə çalışırlar. Bununla bağlı digər partiyalara rəsmi şəkildə müraciət etdiklərini deyən A. Şahbazov bu müddətdə heç bir partiyanın bu müraciətə reaksiya vermədiyini bildirib: “Bunu müxalifət partiyalarının bir çoxunun hakimiyyətlə danışıqlarını nəticəsi kimi dəyərləndirirəm. Ayrı-ayrılıqda bu və ya digər partiyaların liderləri müxalifətin bir masa ətrafında oturub müzakirə aparması barədə fikir səsləndirirlər. Amma bu istiqamətdə addım atmırlar”. A. Şahbazov bildirib ki, forumun təşkilatçılığından imtina etsələr də, digər partiyalar belə tədbir keçirəcəkləri təqdirdə, həmin toplantıya qatılacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR