Bank Of Baku

Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclası oktyabrın 16-da Lüksemburqda keçiriləcək

Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının növbəti iclası oktyabrın 16-da Lüksemburqda keçiriləcək
# 03 oktyabr 2007 14:48 (UTC +04:00)
Nazir müavini toplantıda iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin oktyabrın 15-də Lüksemburqa səfər edəcəyini, nümayəndə heyətinin tərkibində iqtisadi inkişaf, maliyyə və digər dövlət strukturlarının təmsilçilərinin yer alacağını bildirib. Qarşı tərəfdən isə iclasda Avropa Komissiyasının rəhbər şəxslərinin iştirakı planlaşdırılır. Görüşdə “Avropa Yeni Qonşuluq Siyasəti” proqramı çərçivəsində Azərbaycanın hazırladığı “Milli Fəaliyyət Planı”nın (MFP) icrasının vəziyyəti, perspektiv planlar müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının sonuncu iclası sentyabrın 28-də Bakıda keçirilib.
Xatırladaq ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını nəzərdə tutan MFP ötən ilin sonunda Brüsseldə Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında imzalanıb. Proqram çərçivəsində 2007-2010 illərdə MFP-nın icrası məqsədi ilə Aİ Azərbaycana 92 milyon avro ayırmağı planlaşdırır. Həmin vəsait, əsasən, qanunvericiliyin təkmilləşdirilməsi, enerji təhlükəsizliyi və ölkədə demokratiyanın genişlənməsinə dair layihələrin icrasına yönəldiləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR