Bank Of Baku

Viktor Yuşşenko “narıncılar”ı və Regionlar Partiyasını danışıqlara başlamağa çağırıb

Viktor Yuşşenko “narıncılar”ı və Regionlar Partiyasını danışıqlara başlamağa çağırıb
# 03 oktyabr 2007 14:54 (UTC +04:00)
O bildirib ki, əsl siyasi sabitlik adlarını çəkdiyi üç əsas siyasi qüvvənin qarşılıqlı anlayışı ilə əldə oluna bilər. Dövlət başçısı siyasi liderləri şəxsi maraqlardan çıxış etməməyə, milli prioritetlər ətrafında birləşməyə səsləyib. V. Yuşşenko ümid edir ki, yeni hökumət ilk növbədə iqtisadi proqramını hazırlayacaq və deputat toxunulmazlığını, millət vəkillərinə verilən imtiyazları ləğv edəcək. Prezident bütün sosial təşəbbüslərin nəzərə alınacağı 2008-ci il büdcəsinin qəbulunu vacib sayır: “Mən imtiyazların ləğvindən əldə olunacaq vəsaitin sosial ödəmələrə yönəldilməsinin nəzərdə tutulmadığı büdcə layihəsinə imza atmayacağam”. O, yeni hökumətin vəzifələri sırasında Milli Antikorrupsiya Bürosunun yaradılmasını və bu məqsədlə qanun paketinin qəbulunu da göstərib. V. Yuşşenkonun sözlərinə görə, koalisiya və hökumət ölkənin enerji təhlükəsizliyinin təmin olunması və Konstitusiya dəyişikliyi üzərində də çalışmalıdır. Çünki 2007-ci ildə baş verən siyasi böhrana məhz 2004-cü ildə həyata keçirilmiş uğursuz siyasi islahat səbəb olub.
Baş nazir, Regionlar Partiyasının lideri Viktor Yanukoviç prezidentin mövqeyini dəstəklədiyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR