Bank Of Baku

Soçidə “İnkişaf” II Beynəlxalq Gənclər Festivalı başlayıb

Soçidə “İnkişaf” II Beynəlxalq Gənclər Festivalı başlayıb
# 03 oktyabr 2007 15:00 (UTC +04:00)
Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “İnkişaf” II Beynəlxalq Gənclər Festivalı başlayıb. Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdiyi festivalın prezidenti kinodramaturq Rüstəm İbrahimbəyovdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi də bu tədbirin təşkilində yaxından iştirak edib. Komitədən APA-ya verilən məlumata görə, festivala dövlət komitəsinin nümayəndələri də qatılıb. “Təhsilli gənc güclü dövlət deməkdir” devizi altında təşkil olunan festival çərçivəsində bir neçə tədbir - gənclər arasında müxtəlif mövzularda diskussiyalar, uğurlu biznesə dair master-klass, yaradıcılıq müzakirələri, idman yarışları keçiriləcək. Eyni zamanda “Dövlət gənclər siyasətinin strategiyası: şərtlər və onların reallaşdırılması mexanizmi”, “MDB ölkələrindəki tələbələrin təhsilinə innovasiya yanaşmaları” və s. mövzularda diskussiyalar da nəzərdə tutulub. Bu gün tədbirin sonunda “Azərbaycan gecəsi”nin keçirilməsi də planlaşdırılır. Festival oktyabrın 5-də başa çatacaq. Sonda qətnamə və dövlət başçılarına müraciət qəbul olunacaq, qaliblərə diplom və mükafatlar veriləcək, festivalın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR