Bank Of Baku

AŞ PA-nın işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyətini öyrənəcək missiyasına Azərbaycan nümayəndələrinin də daxil olunması təklif edilib

AŞ PA-nın işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyətini öyrənəcək missiyasına Azərbaycan nümayəndələrinin də daxil olunması təklif edilib
# 03 oktyabr 2007 15:07 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sabah Strasburqda keçirəcəyi görüşlərdə Azərbaycanın işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin vəziyyətini öyrənmək üçün AŞ PA-nın yaratdığı xüsusi missiyaya Azərbaycanın nümayəndələrinin də daxil olunması təklifi ilə çıxış edəcək. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, spiker həmçinin bu missiyanın gerçəkləşməsinin vacibliyini qeyd edəcək: “Faktaraşdırıcı missiyanın səfəri Milli Məclisin idarə etdiyi bir layihədir. Onların səfəri nəzərə tutulduqda, bir təklif irəli sürdük ki, missiya səfər zamanı hər iki tərəfdə olsun. İşğal olunmuş ərazilərdəki mövcud vəziyyəti təhlil prosesində Azərbaycan nümayəndələri mütləq iştirak etməlidir. Ona görə də biz Cəfər Qiyasi, İlhami Fətəliyev və daha bir neçə nəfərin namizədliyini təqdim etmişik. Bu bizim təklifimizdir, ancaq təsdiq olunub-olunmayacağı hələ məlum deyil”. Xatırladaq ki, missiyanın regiona səfər edəcəyi barədə dəfələrlə məlumatlar verilsə də, hər dəfə səfər təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR