Bank Of Baku

Siyavuş Novruzov: “Azərbaycan seçki komissiyaları müstəqillər və professionallardan təşkil olunsa, daha məqsədəuyğun olar”

Siyavuş Novruzov: “Azərbaycan seçki komissiyaları müstəqillər və professionallardan təşkil olunsa, daha məqsədəuyğun olar”
# 03 oktyabr 2007 15:16 (UTC +04:00)
“Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər irəli sürülüb, hazırda müzakirələr gedir. Bu məsələnin gələn ay tam yekunlaşacağını söyləmək olmaz. Çünki müzakirə olunası çox məsələ var”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili Seçki Məcəlləsi ilə bağlı üç tərəfin Venesiya Komissiyası, Azərbaycan hakimiyyəti və müxalifətinin müxtəlif təkliflər irəli sürdüyünü qeyd edib: “Noyabrda isə hər üç tərəfin iştirakı ilə müzakirələr təşkil olunacaq”. S. Novruzov seçki komissiyalarının formalaşması ilə bağlı əvvəlki təklifinin üzərində dayandıqlarını bir daha qeyd edib: “Biz yenə də öz təklifimizdə qalırıq ki, komissiyalar müstəqillər və professionallardan təşkil olunsa, daha məqsədəuyğun olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR