Bank Of Baku

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının iclasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının iclasında iştirak edəcək
# 03 oktyabr 2007 15:23 (UTC +04:00)
NATO Parlament Assambleyasının İslandiyada keçiriləcək iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti sabah bu ölkəyə yola düşəcək. Nümayəndə heyətinin üzvü Siyavuş Novruzovun APA-ya verdiyi məlumata görə, sessiyada Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq. Bunlar “Cənubi Qafqaz və Qara dəniz sahili ölkələrində din və dövlət” və Cənubi Qafqaz respublikalarının NATO ilə əlaqələri ilə bağlı məsələlərdir. Bundan başqa, sessiyada İran və Əfqanıstanla bağlı məsələlər, ABŞ-ın Çexiya və Polşada raket hücumundan müdafiə sistemləri yerləşdirmək planı ilə bağlı müzakirə aparılması da nəzərdə tutulub. S. Novruzov sessiyada xüsusi bir təkliflə çıxış etmək niyyətində olmadıqlarını söyləyib: “Biz hər dəfə yeni təkliflərlə çıxış etmirik. Sadəcə İran, Əfqanıstan məsələsindən istifadə edərək öz problemlərimizi diqqət mərkəzinə gətiririk”. Qeyd edək ki, NATO PA-nın sessiyası oktyabrın 8-9-da İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR