Bank Of Baku

Asim Mollazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Asim Mollazadə ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 03 oktyabr 2007 15:30 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Ferraro ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ictimai-siyasi durum, mətbuat və söz azadlığının vəziyyəti, seçki sistemində islahatlarla bağlı müzakirələr aparılıb. A. Mollazadə Azərbaycanda Avropa Birliyi ölkələrində mövcud olan seçki sisteminin qurulmasını vacib sayıbO, bildirib ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün siyasi partiyalar seçki qurumlarında yalnız müşahidəçi qismində iştirak etməlidir. A. Mollazadə ATƏT sədrinə DİP-in gələcək fəaliyyət planları ilə bağlı məlumat verib. Qarşı tərəf isə öz növbəsində ATƏT-in müdafiə etdiyi dəyərlərin Azərbaycanda müdafiəsi üçün əməkdaşlığa hazır olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR