Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Avropa Şurasının rəhbərliyi və Türkiyə prezidenti ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Avropa Şurasının rəhbərliyi və Türkiyə prezidenti ilə görüşüb
# 03 oktyabr 2007 16:27 (UTC +04:00)
O. Əsədov Türkiyə prezidenti Abdulla Gül, Avropa Şurasının baş katibi Terri Devis, AŞPA prezidenti Rene van der Linden və AŞ-nin digər rəsmi şəxsləri ilə süfrə arxasında fikir mübadiləsi aparıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, tərəflər AŞ-Azərbaycan münasibətlərinin inkişafını müzakirə ediblər: “Rəsmi görüşlərlə bərabər, belə ziyafətlər də çox önəmlidir. Ziyafətdə Avropa Şurasının bütün rəsmilərinin iştirak etməsi ona dəlalət edir ki, onlar həm Azərbaycana, həm Türkiyəyə, həm də hər iki ölkənin Avropa Şurası ilə münasibətlərinə xüsusi diqqət ayırırlar”. Qarşıdakı qış sessiyasında Azərbaycanla bağlı müzakirələrin aparılıb-aparılmayacağı ilə bağlı sualı cavablandıran S. Seyidov monitorinq altında olan dövlət kimi, hər sessiyada Azərbaycanla bağlı məsələnin müzakirəsinin mümkün olduğunu bildirib: “Buna qeyri-adi baxmaq lazım deyil. Prosedura əsasən, monitorinq altındakı dövlətlərlə bağlı ildə bir dəfə müzakirə keçirilməlidir. Başqa ölkələrlə bağlı da tez-tez müzakirə aparılır. Məsələn, Gürcüstanın və Moldovanın məsələsi bu dəfə Monitorinq Komitəsində müzakirə edildi. Amma nədənsə heç kim bundan təəccüblənmir. Azərbaycanla bağlı müzakirələr gedən kimi isə hamı bunu təəccüblə qarşılayır. Bunlar gündəlik işlərdir, ona görə də artıq buna öyrəşmək lazımdır. Bizdə isə bundan ajiotaj düzəldirlər. Belə ajiotajlar yaratmaqdan əl çəkmək lazımdır. Çünki həmin ajiotajın içərisində real problemləri görmək olmur”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR