Bank Of Baku

Səməd Seyidov: “AŞPA Monitorinq Komitəsinin Berlində keçiriləcək iclasının gündəliyi də, iştirakçılar da məlumdur”

Səməd Seyidov: “AŞPA Monitorinq Komitəsinin Berlində keçiriləcək iclasının gündəliyi də, iştirakçılar da məlumdur”
# 03 oktyabr 2007 16:35 (UTC +04:00)
“AŞPA Monitorinq Komitəsi noyabr ayında Berlində keçiriləcək müzakirələrin gündəliyini açıqlayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə Azərbaycan və Ermənistan nümayəndələrinin, hər iki ölkə rəsmilərinin, ekspertlərinin iştirakı gözlənilir. Gündəliyə baxsanız, kimlərin dəvət olunduğunu və kimlərin iştirak edəcəyini görəcəksiniz”. Bu sözləri APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, tədbirə qeyri-rəsmi şəkildə kimlər gələcək, kimlər iştirak etmək istəyir, bu, artıq başqa söhbətdir: “Rəsmi iştirakdan söhbət gedirsə, gündəlik açıqlanıb və dəvətlilər bəllidir”.
Xatırladaq ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri AŞPA prezidenti Rene van der Lindenlə görüşdə Dağlıq Qarabağ ermənilərinin də Berlindəki toplantıya qatılmaq istədiyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR