Bank Of Baku

Oqtay Əsədov: “Bütün beynəlxalq təşkilatlar öz qərar və qətnamələrinin həyata keçirilməsinə axıra qədər dəstək verməlidir”

Oqtay Əsədov: “Bütün beynəlxalq təşkilatlar öz qərar və qətnamələrinin həyata keçirilməsinə axıra qədər dəstək verməlidir”
# 03 oktyabr 2007 16:59 (UTC +04:00)
Görüşdən sonra AŞPA prezidenti və Milli Məclisin sədri jurnalistlərə qısa açıqlama veriblər. Rene van der Linden bu yay Cənubi Qafqazda səfərdə olduğunu xatırladıb və səfər zamanı bir sıra şəxslər, o cümlədən Oqtay Əsədovla da görüş keçirdiyini bildirib. Milli Məclisin sədri isə bir çox məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını deyib: “Mən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hələ də heç bir irəliləyişin olmamasından narahat olduğumuzu söylədim. Bu münaqişə bütövlükdə regionun inkişafına mənfi təsir göstərir. Mən Azərbaycanın münaqişənin həlli istiqamətində səylərini davam etdirəcəyini bildirdim. Bizim üçün çox maraqlıdır ki, cənab van der Linden AŞPA-nın problemin həlli üçün nə edə biləcəyini soruşdu. Bizim fikrimizcə, tək AŞPA yox, bütün beynəlxalq təşkilatlar öz qərar və qətnamələrinin həyata keçirilməsinə axıra qədər dəstək verməlidir. Bildiyiniz kimi, AŞPA-nın da 1416 saylı qətnaməsi var. Beynəlxalq təşkilatlar əllərində təzyiq mexanizmi olmasa belə, qarşı tərəfi sadəcə, qınaq obyektinə çevirsələr, münaqişənin həllinə kömək etmiş olarlar”. O. Əsədov Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən AŞPA-nın Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun, sülh yolu ilə həlli yolunda öz köməyini əsirgəməyəcəyinə inandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR