Bank Of Baku

Lyudmila Şevtsova: “Moskva ilə Azərbaycan arasında mal mübadiləsi 70 faiz artıb”

Lyudmila Şevtsova: “Moskva ilə Azərbaycan arasında mal mübadiləsi 70 faiz artıb”
# 03 oktyabr 2007 17:02 (UTC +04:00)
2005-ci ildən Azərbaycanla Moskva arasında mal mübadiləsi 50 faiz artıb, bu il isə bu rəqəm artıq 70 faizə çatıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan-Moskva hökumətlərarası əməkdaşlıq komissiyasının Moskva tərəfindən həmsədri, Moskva merinin birinci müavini Lyudmila Şevtsova bildirib. O, iclasda əməkdaşlığın bütün sahələrini əhatə edən məsələlərin müzakirə ediləcəyini söyləyib. L. Şevtsovanın sözlərinə görə, Moskvada Azərbaycanın meyvə-tərəvəzinə, alkoqollu və alkoqolsuz içkilərinə, xurma və narına çox böyük maraq var: “Bu məhsullar yalnız qida deyil, həm də bizim bir-birimizə olan sevinc və xoş münasibət vitaminləridir. Azərbaycanda da Moskva müəssisələrində istehsal olunan mallara maraq var”.
L. Şevtsova humanitar sahədə əməkdaşlığa toxunaraq bildirib ki, bir çox Azərbaycan vətəndaşı Moskvada müalicə olunur. İmzalanmış müqavilələr qarşılıqlı maraq əsasında ehtiyacı olanlara yardım etməyə imkan verir: “Hazırda Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunda 8 yüksək səviyyəli həkim təcrübə mübadiləsi keçir, bəziləri orada dissertasiyalar müdafiə edir, sonradan yüksək səviyyəli həkim kimi Azərbaycana qayıdır”. L. Şevtsova təhsil sahəsində də kontaktların yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Moskvadan Azərbaycana dərslik və kitablar göndərilir, Azərbaycan müəllimləri, ilk növbədə rus dili üzrə mütəxəssislər Moskvada metodik seminarlarda iştirak edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR