Bank Of Baku

Oqtay Əsədov Azərbaycanda həbsdə olan jurnalistlərin yaxın vaxtlarda əfv olunacağını istisna etmir

Oqtay Əsədov Azərbaycanda həbsdə olan jurnalistlərin yaxın vaxtlarda əfv olunacağını istisna etmir
# 03 oktyabr 2007 17:06 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Strasburqda jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib. O, siyasi məhbuslarla bağlı AŞ qarşısında götürülən bütün öhdəliklərin yerinə yetirildiyini bildirib: “Jurnalistlərin məsələsinə gəldikdə, bunlar bizim tərəfimizdən də diqqətə alınıb. Bu məsələlərin içində hüquq pozuntuları da var və biz bildirdik ki, bununla yenidən maraqlanacağıq”. O. Əsədov jurnalistlərin qanunsuz əməllər törətdiklərinə görə Cinayət Məcəlləsi əsasında həbs edildiyini desə də, yaxın vaxtlarda onların əfv olunacağını istisna etməyib.
Rene van der Linden isə bildirib ki, o, hər hansı ölkədə siyasi dustaqların olub-olmadığını söyləyə bilməz: “Bir daha onu qeyd etmək istəyirəm ki, AŞPA Monitorinq Komitəsi hər hansı ölkəni cəzalandırmaq üçün yaradılmayıb, bu komitə belə rol oynamır. Bu komitə prosesləri izləyir, nəzərdən keçirir və cəzalandırıcı orqan deyil”. Bu yerdə Oqtay Əsədov “cəzalandırıcı orqan olsaydı, ilk növbədə Ermənistanı bizim 20% torpağımızı işğal etdiyi üçün cəzalandırardı” şəklində replika atıb. Rene van der Linden isə replikaya belə reaksiya verib: "Ermənistan da münaqişənin sülh yolu ilə həlli istiqamətində öhdəlik götürüb. Mən Ermənistanda olanda demişdim ki, bu ölkənin həmsərhəd olduğu iki dövlətlə heç bir münasibəti yoxdur. Bu, onların övladlarının gələcəyi üçün çox pis göstəricidir. Xaricdə yaşayan bir çox erməni Ermənistanda yaşayan həmvətənləri haqda düşünmür".
Bu gün O. Əsədov AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Lord Rassel Conston və AŞPA-dakı siyasi qrupların rəhbərləri ilə görüşlər keçirəcək. Sabah isə o, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel və digər şəxslərlə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR