Bank Of Baku

Professor Durmuş Tezcan: “Azərbaycanlılar Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə ermənilərdən mal-mülklərini geri ala bilər”

Professor Durmuş Tezcan: “Azərbaycanlılar Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə ermənilərdən mal-mülklərini geri ala bilər”
# 04 oktyabr 2007 07:52 (UTC +04:00)
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbuldakı Kültür Universiteti hüquq fakültəsinin professoru Durmuş Tezcan deyib. O bildirib ki, Kipr yunanlarının türklərə qarşı qaldırdığı məhkəmə iddiaları kimi, azərbaycanlılar da Avropa İnsan Haqları Məhkəməsində ermənilərə qarşı minlərlə iddia qaldırsa, hamısı qalib gələr: “Mən qarşıma çıxan hər azərbaycanlı qardaşıma dedim ki, sizin üçün şikayət ərizəsi hazırlayım, oraya ad-familiyanızı, ünvanınızı, əldən getmiş mal-mülkünüzün miqdarını yazaq və Strasburqa göndərək, ermənilərdən qazanacağımız pul və mal-mülkün hamısını Azərbaycandakı məktəblərə bağışlayarıq. Ancaq heç kim mənə müraciət etmədi. Agentliyiniz vasitəsilə bu məsələni vətəndaşlarınıza izah edin. Çünki sadəcə, yas mərasimləri keçirməklə heç bir şeyə nail olmaq mümkün deyil. Önəmli olan hüquq sahəsində qalib gəlməkdir. Azərbaycanlılar mənim qardaşımdır və bir hüquqşünas kimi bilik və təcrübəmi onlarla bölüşməyə hazıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR