Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi yenə pozub
# 04 oktyabr 2007 08:03 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16:10-dan 16:20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 16:30-dan 16:50-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR