Bank Of Baku

Elmar Məmmədyarov: “Dondurulmuş münaqişələrlə bağlı digər ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik” - EKSKLÜZİV

Elmar Məmmədyarov: “Dondurulmuş münaqişələrlə bağlı digər ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 04 oktyabr 2007 08:16 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna BMT Baş Assambleyasının 62-ci sessiyasında iştirak etmək üçün hazırda Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov verib. O, analoji fikirlərin GUAM ərazisində mövcud olan digər konfliktlərə də aid edilə biləcəyini deyib: “Digər tərəfdən ABŞ hökuməti, Avropa Birliyi, İngiltərə, Rusiya və sair böyük dövlətlər və qurumlar belə mövqedədir ki, Kosovo heç bir digər münaqişənin həlli üçün presedent ola bilməz. Ermənistan bununla bağlı istədiyini deyə bilər. Bu dövlət qonşu ölkənin ərazisini işğal edib. Heç bir dünya ölkəsi də bu faktı qəbul etməyəcək. Eyni sözləri biz Kosovo münaqişəsi haqqında deyə bilərik. Çünki, dünya ictimaiyyəti Kosovo məsələsinin presedentə çevrilməsinə imkan verməyəcək”. Elmar Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinə daxil edilən GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı məsələyə də münasibət bildirib: “Bu məsələni GUAM ölkələrin xarici işlər nazirləri ilə birgə müzakirə etdik. Belə bir qərara gəldik ki, BMT-dəki səfirlərimiz digər ölkələrlə məsləhətləşmələri davam etdirsinlər. Məsləhətləşmələri rəsmi və qeyri-rəsmi şəraitdə aparırıq. İstəyirik ki, bu qətnamə layihələrinə mümkün qədər çox dəstək qazanaq. Kifayət qədər dəstək olduğunu hiss etsək, o zaman bu məsələni müzakirəyə çıxaracağıq. Azərbaycan BMT-yə üzv olan bütün 192 ölkəyə dondurulmuş konfliktlər barədə məlumat çatdırılmasında çox maraqlıdır. Lakin hər addımın öz vaxtı var. Əsas isə odur ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın dondurulmuş konfliktlərlə bağlı mövqeyi qətidir”. Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti əks etdirən qətnamə layihəsində ölkəmizə məxsus tarixi abidələrin dağıdılması, yanğınların baş verməsi və digər məsələlərin öz əksini tapacağını bildirib: “Bilirsiniz ki, Cenevrədə BMT-nin İnsan Haqları Şurasında artıq işğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış tarixi abidələrlə bağlı qətnamə qəbul olunub. Bu işin davamı kimi eyni müzakirələri BMT-də davam etdirəcəyik. İstədiyimiz nəticəni əldə edəcəyinə əminik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR