Bank Of Baku

Ukraynalı diplomat dünya ictimaiyyətinin diqqətini GUAM ərazisindəki münaqişələrə yönəldib

Ukraynalı diplomat dünya ictimaiyyətinin diqqətini GUAM ərazisindəki münaqişələrə yönəldib
# 04 oktyabr 2007 08:25 (UTC +04:00)
BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxış edən Ukrayna xarici işlər nazirinin birinci müavini Vladimir Xandoqiy beynəlxalq ictimaiyyətin diqqətini GUAM ərazisində həlli uzanan münaqişələrə yönəldib. APA-nın məlumatına görə, diplomat bildirib ki, bu münaqişələr regionda sülh və sabitliyə təhlükə yaradır: ”Münaqişələr region dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə təhlükədir və onların sosial-iqtisadi inkişafına əngəl törədir”. V. Xandoqiy həmçinin Kosovo probleminin tez-tələsik həllinin regionda vəziyyətin gərginləşməsinə səbəb olacağına da diqqət çəkərək bu presedentin digər yerlərdə separatçılar tərəfindən istifadə oluna biləcəyindən ehtiyatlandıqlarını söyləyib. Beynəlxalq səylərin “dondurulmuş münaqişələr”in həllinə töhfə vermədiyindən narahatlığını bildirən Ukrayna nümayəndəsi beynəlxalq ictimaiyyəti BMT-nin və regional təşkilatların səylərini cəmləşdirərək bu istiqamətdə praktik addımlar atmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR