Bank Of Baku

Akif Şahbazov: “Beynəlxalq təşkilatların təzyiqi ilə başlayacaq dialoqun nəticəsi olmayacaq”

Akif Şahbazov: “Beynəlxalq təşkilatların təzyiqi ilə başlayacaq dialoqun nəticəsi olmayacaq”
# 04 oktyabr 2007 08:41 (UTC +04:00)
“İqtidar və müxalifət arasında dialoqun olması üçün bu təklif hakimiyyət tərəfindən gəlməlidir. Beynəlxalq təşkilatların təzyiqi ilə dialoq prosesi başlayacaqsa, bunun heç bir müsbət nəticəsi olmayacaq”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov bildirib. Onun sözlərinə görə, dünya təcrübəsində də həmişə belə olub. Partiya sədrinin fikrincə, hakimiyyət o zaman dialoq üçün maraqlı olur ki, ona müxalifətdə dayanan siyasi qüvvələr güclü olur, iqtidar üçün öz hakimiyyətini saxlamasına təhlükə yaranır: “Bu gün Azərbaycanda real vəziyyət ondan ibarətdir ki, müxalifət sıfır nöqtəsindən tərpənə bilmir. Ona görə də hakimiyyət dialoqa getməyə ehtiyac görmür. Amma beynəlxalq təşkilatların təklifi ilə hakimiyyət dialoqa razı olacaqsa, həmin dialoqun da heç bir perspektivi ola bilməz. Ona görə də hakimiyyət siyasi iradə nümayiş etdirib siyasi dialoq təklif etməlidir. Amma görünən budur ki, hakimiyyət dialoqun yox, monoloqun tərəfdarıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR