Bank Of Baku

İsa Qəmbər Bolqarıstana gedib

İsa Qəmbər Bolqarıstana gedib
# 04 oktyabr 2007 08:43 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən axşam Bolqarıstana səfərə gedib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat başqanı Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelevin dəvəti ilə Balkan Siyasi Klubunun konfransında iştirak etmək üçün bu ölkəyə səfər edib. Konfrans Balkan və Cənubi Qafqaz regionları arasında əməkdaşlıq məsələlərinə həsr olunub. Toplantıda bir sıra ölkələrin keçmiş dövlət başçıları, hökumət üzvləri, keçmiş millət vəkillərinin iştirakı nəzərdə tutulub. İsa Qəmbər Bolqarıstandan Almaniyaya gedəcək. O, burada Avropa Liberal və İslahatlar Partiyasının toplantısında iştirak edəcək. İclasda Müsavatın bu partiyaya üzvlüklə bağlı müraciətinə baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR