Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ dövlət katibinin müavini Nikolas Berns İran problemini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ dövlət katibinin müavini Nikolas Berns İran problemini müzakirə ediblər
# 04 oktyabr 2007 10:03 (UTC +04:00)
APA-nın “AzərTAC” Dövlət Agentliyinə istinadən yaydığı məlumata görə, qapalı keçirilən görüş yarım saat çəkib. Görüşdə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da iştirak edib. Görüşü şərh edən Nikolas Berns müzakirələrdə Dağlıq Qarabağ məsələsində irəliləyişin əldə olunması zərurətinə toxunulduğunu deyib: “Bir qədər əvvəl mən Ermənistanın xarici işlər naziri ilə də görüşmüşəm. Bu müzakirələrlə davamlı məşğul olacağıq və ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə təkan verə biləcəyik. Daha sonra biz enerji məsələsinə dair yaxşı fikir mübadiləsi apardıq. Amerikalılar Azərbaycanı hasilatçı və tranzit ölkəsi baxımından dünyada ən mühüm bölgələrdən biri hesab edir. Bu sahədə uğura nail olmaq üçün Azərbaycana əlimizdən gələn köməyi göstərəcəyik. Azərbaycan Mərkəzi Asiya və Qafqazı Avropaya birləşdirən nadir coğrafi mövqeyə malikdir. Xüsusilə də, Azərbaycan qazını Avropaya nəql edəcək layihə böyük əhəmiyyət kəsb edir. ABŞ hökuməti Avropanın qaz təminatında bir ölkənin dominantlıq etməsinin əleyhinədir, biz bu sahədə müxtəliflik görmək istəyirik. Bu məsələlərlə bağlı biz Azərbaycan hökuməti ilə yüksək səviyyədə müzakirələr planlaşdırmışıq”. Nikolas Berns Elmar Məmmədyarovla görüşündə İran məsələsinə də toxunulduğunu bildirib: “Görüşdə həmçinin İran haqqında danışdıq. Mən naziri məlumatlandırdım ki, ABŞ BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları dəstəkləməkdə davam edəcək. Biz İran hakimiyyətinin “HAMAS”ı, “Hizbullah”ı, İraqdakı şiə hərbi qruplaşmalarını və Əfqanıstanda talibləri silahlandırmaq və maliyyələşdirmək cəhdlərinin əleyhinəyik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR