Bank Of Baku

Taliyət Əliyev: ““Azadlıq” bloku yalnız özünü müxalifət kimi göstərmək üçün uğursuz cəhdlər edir”

Taliyət Əliyev: ““Azadlıq” bloku yalnız özünü müxalifət kimi göstərmək üçün uğursuz cəhdlər edir”
# 04 oktyabr 2007 10:09 (UTC +04:00)
““Azadlıq” bloku yalnız özünün müxalifət olduğunu sübut etmək üçün uğursuz cəhdlər edir. Blokun nümayəndələri mətbuata yanlış məlumatlar verməklə cəmiyyəti çaşdırmağa çalışırlar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev deyib. Onun sözlərinə görə, “Azadlıq” blokunun üzvü olan partiyaların təmsilçiləri Avropa Şurasının Bakı ofisi tərəfindən Seçki Məcəlləsi ilə bağlı müzakirələr aparmaq üçün təşkil olunacaq tədbirə müxalifət adından məhz onların dəvət edildiyini bildirirlər. T. Əliyev bir müddət əvvəl də bu tipli görüşün təşkil edildiyini və orada Müsavat, ADP, AXCP, ALP, VHP, BAXCP, ADİP və digər partiyaların iştirak etdiyini xatırladıb: “Məndə olan məlumata görə, o format bir qədər də genişləndiriləcək, VİP və ACP də orada iştirak edəcək. Amma “Azadlıq” blokunun təmsilçiləri məsələni elə təqdim edirlər ki, guya bu tədbirə əsas güc mərkəzi kimi yalnız onlar dəvətlidir. Guya orada blokun təklifləri müzakirə edilib qəbul olunacaq. Halbuki görüşdə hakimiyyət partiyasının nümayəndələri də iştirak edəcək, hər müxalifət partiyasının mövqeyi, təklifi öyrəniləcək, fikir mübadiləsi aparılacaq. Hər hansı partiyanın təkliflərinin müzakirə edilib qəbul olunmasından söhbət getmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR