Bank Of Baku

Ziyafət Əsgərov NATO Parlament Assambleyasının sessiyasında məruzə ilə çıxış edəcək

Ziyafət Əsgərov NATO Parlament Assambleyasının sessiyasında məruzə ilə çıxış edəcək
# 04 oktyabr 2007 11:51 (UTC +04:00)
Sabah Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə bir qrup deputat təşkilatın 53-cü illik sessiyasında iştirak etmək üçün İslandiyanın Reykyavik şəhərinə yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Məlahət Həsənova, Siyavuş Novruzov, Tahir Süleymanov və Qüdrət Həsənquliyev daxildir. Sessiyada azərbaycanlı deputatlar NATO PA-nın Müdafiə və təhlükəsizlik, Siyasi məsələlər, Elm və texnologiya, İqtisadiyyat və təhlükəsizlik komitələrinin iclaslarında müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər. Sessiyanın gündəliyinə NATO ilə Avropa Birliyi arasında əməkdaşlıq, Cənubi Qafqaz-NATO əlaqələri, Gürcüstanda siyasi-iqtisadi durum, Qara dəniz regionunda dövlət və din münasibətləri, terrora və insan alverinə qarşı mübarizədə dünya ölkələrinin birgə fəaliyyəti və digər məsələlər daxil edilib. Tədbirdə nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun Azərbaycan-NATO münasibətlərinə, ölkəmizdə aparılan islahatlara, Azərbaycanın təşkilatın proqramlarında iştirakına və Cənubi Qafqazda siyasi-hərbi vəziyyətə dair xüsusi məruzəsi nəzərdə tutulub. Səfər oktyabrın 11-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR