Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Məzahir Pənahovla görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri Məzahir Pənahovla görüşüb
# 04 oktyabr 2007 12:22 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose-Luis Herrero bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir MSK ilə ATƏT arasında indiyə qədər olan əməkdaşlığın səviyyəsindən razı qaldığını qeyd edib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib. M. Pənahov isə MSK-nın bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq etdiyini vurğulayıb və bu cür əlaqələrin Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün əhəmiyyətli olduğunu qeyd edib. M. Pənahov ATƏT səfirinə Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məlumat verib. O, dövlət başçısının “İnsan haqları üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə oktyabrın 16-dan kurslara başlanılacağını bildirib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR