Bank Of Baku

Taliyət Əliyev: “ADP prezident seçkilərində YAP-ın namizədini dəstəkləyə bilər”

Taliyət Əliyev: “ADP prezident seçkilərində YAP-ın namizədini dəstəkləyə bilər”
# 04 oktyabr 2007 13:00 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyasının (ADP) 2008-ci il prezident seçkilərində iştirakla bağlı dörd variantı var ki, bunlardan biri də hakimiyyətin namizədinin dəstəklənməsidir”. Bunu APA-ya açıqlamasında ADP sədrinin müavini Taliyət Əliyev deyib. O bildirib ki, variantların biri müxalifətin vahid namizədinin dəstəklənməsi, digəri bir-birinə yaxın partiyaların seçki blokunun yaradılması, başqa bir variant isə ADP-nin öz namizədinin olmasıdır: “Biz hakimiyyətə siyasi dialoq təklif etmişik. Hakimiyyət bu dialoqa başlasa və bizim irəli sürdüyümüz təklifləri qəbul etsə, o zaman YAP-ın namizədini də dəstəkləyə bilərik”. T. Əliyev ADP-nin istənilən halda seçkilərdə iştiraka tərəfdar olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR